Bu gün Şəkidə muzeylərə giriş sərbəstdir - FOTO

Bu gün Şəkidə muzeylərə giriş sərbəstdir - FOTO

Hazırda oxunan: Bu gün Şəkidə muzeylərə giriş sərbəstdir - FOTO

131348

18 Aprel ölkəmizdə və dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. 
Bu barədə Bizim.Media-nın yerli bürosuna “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğundan məlumat verilib. 

Bu münasibətlə Şəkidəki qoruq və muzeylərdə Açıq Qapı günü keçirilir. 

Qeyd edilib ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisindəki bütün muzey və abidələrə, eləcə də şəhərin müxtəlif məkanlarında fəaliyyət göstərən muzeylərə  giriş sərbəst olacaq. 

Adətən bu günlərdə Şəkidən və bölgə rayonlarından yüzlərlə məktəbli tarixi məkanlara baş çəkir, tariximizi daha canlı görmək şansı əldə edirlər.  






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO