Aİ-nin Sudandakı səfirinə HÜCUM OLUNDU - FOTO 

Aİ-nin Sudandakı səfirinə HÜCUM OLUNDU - FOTO 

Hazırda oxunan: Aİ-nin Sudandakı səfirinə HÜCUM OLUNDU - FOTO 

131335

Avropa İttifaqının (Aİ) Sudandakı səfiri bir neçə saat əvvəl öz iqamətgahında hücuma məruz qalıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissiyanın sədri Jozep Borrel özünün “Twitter” hesabında məlumat verib. 

"Bu, Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Diplomatik binaların və onların şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsi Sudan hakimiyyətinin əsas vəzifəsidir və beynəlxalq hüquq çərçivəsində öhdəlikdir", - Borrel sosial şəbəkə hesabında yazıb. 
Qeyd edək ki, aprelin 15-də ordu bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında başlayan silahlı toqquşmalarda indiyədək 180-dən çox insan həlak olub, 1800-dən çox insan yaralanıb.   


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO