Ceyhun Bayramov ABŞ rəsmisini Ermənistanın təxribatları barədə MƏLUMATLANDIRDI

Ceyhun Bayramov ABŞ rəsmisini Ermənistanın təxribatları barədə MƏLUMATLANDIRDI

Hazırda oxunan: Ceyhun Bayramov ABŞ rəsmisini Ermənistanın təxribatları barədə MƏLUMATLANDIRDI

131293

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında telefon danışığı baş tutub. 

Bu barədə Bizim.Media-ya Azərbaycanın xarici işlər nazirliyindən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

İrəvanda ermənilərin növbəti bayraq TƏXRİBATI - FOTOFAKT


Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, regionda cari vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh gündəliyi müzakirə mövzusu olub. 

Nazir Ceyhun Bayramov, Azərbaycan və ABŞ arasında müxtəlif sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edərək, münasibətlərin inkişafında qarşılıqlı təmasların əhəmiyyətini qeyd edib. 
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan tərəfindən törədilən davamlı hərbi-siyasi təxribatların Azərbaycanın sülh və quruculuq səylərinə xələl gətirdiyini diqqətə çatdırıb.

Bu xüsusda, Ermənistanın hələ də silahlı qüvvələrini Azərbaycan ərazisindən hələ də çıxarmadığını, Azərbaycanın erməni sakinlərin reinteqrasiyasiya səylərinə maneçilik törətdiyi, Laçın yolundan sui-istifadənin qarşısını almaq məqsədilə sərhəd keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxdığı barədə məlumat verilib.

Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlara baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlı olduğu bildirilib. 

Derek Hoqan bölgədə davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin uğurla nəticələnməsinin, mövcud məsələlərin danışıqlar yolu ilə həllimin vacib olduğunu bildirib. ABŞ-ın sülh prosesinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. 

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO