Aparıcı və aktyor Sərxan Kərəmoğlunun həyat yoldaşı Xalidə xanım plastik əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bu haqda Sərxan sosial şəbəkə hesabında məlumat verib.
Kərəmoğlu xanımının cərrah masasında uzanıqlı vəziyyətdə, narkoz vurulduqdan sonra görüntülərini çəkərək izləyiciləri ilə bölüşüb.
Sərxan bildirib ki, bir neçə saat ərzində həyat yoldaşının üzündə üç plastik əməliyyat icra olunacaq:
“Xalidə xanımın gözünün altında “qrıja”nı, üstündə artıq əti götürəcəklər. Bir də buxaq nahiyyəsindən əməliyyat olunacaq. Əməliyyat otağında olsam da, amma qandan və kəsikdən qorxduğum üçün cərrahi müdaxilə zamanı əməliyyatı izləyə bilməyəcəyəm”.
Qeyd edək ki, Sərxan Kərəmoğlu martın sonlarında göz qapaqlarında “blefaroplastika” və üzgərmə əməliyyatı keçirib.
Rəşad Əliyev, Bizim.Media