Gimnastlarımız “AGF Trophy” turnirində 14 medal QAZANDILAR

Gimnastlarımız “AGF Trophy” turnirində 14 medal QAZANDILAR

Hazırda oxunan: Gimnastlarımız “AGF Trophy” turnirində 14 medal QAZANDILAR

131184

Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” turnirində Azərbaycan millisi ümumilikdə 14 medal qazanıb.

Bizim.Media xəbər verir ki, yığma üzvləri Azərbaycanda baş tutan 2023-cü ilin bu növ üzrə ilk beynəlxalq yarışında gənclər və böyüklər yaş kateqoriyasının fərdi və qrup hərəkətləri proqramında 7 qızıl, 7 gümüş medal əldə ediblər.

Fransadakı 34-cü Beynəlxalq Qran Prinin qalibi olan Zöhrə Ağamirova fərdi proqramda millinin aktivinə çoxnövçülük proqramı, eləcə də, ayrı-ayrı alətlər üzrə (top, halqa, gürzlər və lent) 5 qızıl medal qazandırıb.

O, komanda hesabında Alina Gözəlova ilə birlikdə çempionluq sevincini yaşayıb.

Gənclər arasında qrup hərəkətləri proqramında 5 topla hərəkətlərin icrasında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət komanda qızıl medala yiyələnib.

Alina Gözəlova böyüklər arasında fərdi çoxnövçülük, halqa, top və lentlə hərəkətlərin icrasında ikinci yeri tutub. Gənclərdən ibarət millinin üzvləri Şəms Ağahüseynova və Nuray Əhmədzadə isə komanda hesabında gümüş medala sahib çıxıblar.

Gənclərdən ibarət qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova daha iki gümüş medalı çoxnövçülük və 5 iplə hərəkətlərin icrasında əldə ediblər.
Qeyd edək ki, Azərbaycanda üçüncü dəfə təşkil olunan “AGF Trophy” beynəlxalq turnirində 14 ölkədən 119 idmançı mübarizə aparıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO