Xoşqədəm Rövşanənin efirə buraxmadığı İlkini MÜDAFİƏ ETDİ - VİDEO

Xoşqədəm Rövşanənin efirə buraxmadığı İlkini MÜDAFİƏ ETDİ - VİDEO

Hazırda oxunan: Xoşqədəm Rövşanənin efirə buraxmadığı İlkini MÜDAFİƏ ETDİ - VİDEO

131151

Xəbər verdiyimiz kimi, ötən həftə Rövşanə Ağasəfqızı aparıcısı olduğu “Space səhər” verilişinə Əməkdar artist İlkin Əhmədovu dəvət etmişdi, lakin sənətçi gecikdiyi üçün efirə buraxılmamışdı. Aparıcı Xoşqədəm Hidayətqızı bu mövzuya münasibət bildirib.  

Bizim.Media xəbər verir ki, o, aparıcısı olduğu “Günaydın, Azərbaycan!” səhər şousuna qonaq gələn İlkin Əhmədovun müdafiəsinə qalxıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Aparıcı Rövşanə Əməkdar artisti BİABIR ETDİ: “Nə haqla efirimizi boş qoyursan?” - VİDEO


“Sən (Əməkdar artist İlkin Əhmədov – red.) fikir vermə! İlkin o qədər dəqiq bir insandır. Yadımdadır ki, bir gün İlkini şənbə günü efirə çağırmışdıq. Həmin həftənin ikinci günü İlkin zəng vurub söylədi ki, ola bilər ki, şənbə günü mən verilişinizə gecikim. Çünki həmin gün dərsim var. Efirdə problem yaranmasın. Mənə görə isə istəmirəm problem yaşayasınız. Bax bu dərəcədə İlkin dəqiq və məsuliyyətlidir. Hər zaman deyirəm ki, belə bir insanlara hər zaman hörmət etmək lazımdır. Bura televiziyadır və bu cür məsələlərə diqqətlə yanaşmaq özü belə böyük işdir. Hər zaman vaxtında efirlərə, verilişlərə gəlmisən. İlkinimiz belə bir insandır. Sən bizim canımızsan”, - deyə X.Hidayətqızı vurğulayıb. 

Əməkdar artist aparıcının bu sözlərinə qarşılıq verərək, Xoşqədəmi və onun proqramını təriflərə qərq edib:

“Siz hər zaman insanların həm xeyrinə, həm də şərinə yarımışsınız. Sevə-sevə sizin verilişinizə gəlirəm. Elə verilişlər (Rövşanə Ağasəfqızının aparıcısı olduğu “Space səhər” proqramını nəzərdə tutur – red.) var ki, ora getməsən daha yaxşıdır. Amma sizin verilişinizə dəstək verməliyik və kömək etməliyik”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO