“Canından keçmiş hər bir həmvətənimizin xatirəsini uca tuturuq” - Nazir - FOTO

“Canından keçmiş hər bir həmvətənimizin xatirəsini uca tuturuq” - Nazir - FOTO

Hazırda oxunan: “Canından keçmiş hər bir həmvətənimizin xatirəsini uca tuturuq” - Nazir - FOTO

13109

"Xalqımızın yaddaşında dərin izlər buraxmış faciədən 29 il ötür. Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq tətbiq etdikləri məkrli siyasətin ən qanlı səhifəsidir".

Bizim.Media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev özünün Facebook səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

613-cü qurban - Mən Xocalıyam...


Onun sözlərinə görə, bu gün qələbə qazanmış Vətənin qəhrəman övladları illər boyu məruz qaldığımız soyqırımların gətirdiyi dəhşətin təsirlərini qəlblərinə köçürüblər:

“Hər il 26 fevral tarixində bütün təhsil müəssisələrimizdə ilk dərs Xocalıya həsr olunur.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir həmvətənimizin xatirəsini uca tuturuq. Soyqırım qurbanlarını dərin hörmətlə anırıq. Allah rəhmət eləsin!", deyə nazir qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO