3-cü “Yüksəliş” müsabiqəsində növbəti imtahan keçirildi

3-cü “Yüksəliş” müsabiqəsində növbəti imtahan keçirildi

Hazırda oxunan: 3-cü “Yüksəliş” müsabiqəsində növbəti imtahan keçirildi

131058

Üçüncü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə imtahanı keçirilib.

Bizim.Media xəbər verir ki, iştirakçıların onlayn formada qatıldıqları imtahanda 7806 namizəd iştirak edib. Suallar Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər olmaqla 4 blok üzrə təqdim olunub. İmtahan üçün hər blok üzrə 25 dəqiqə olmaqla ümumilikdə 2 saat vaxt ayrılıb.

Ümumi biliklər üzrə imtahanı uğurla başa vuracaq iştirakçılar qabiliyyət imtahanında iştirak haqqı qazanacaqlar. Qabiliyyət üzrə onlayn mərhələnin sınaq imtahanı aprelin 30-da, əsas imtahan isə mayın 7-də keçiriləcək. Qabiliyyət imtahanında testlər abstrakt düşüncə, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığı olmaqla 3 blok üzrə təqdim olunacaq.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən bir illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO