Ermənistan dünya çempionatına ev sahibliyindən məhrum edilə bilər - İrəvandan rəsmi AÇIQLAMA

Ermənistan dünya çempionatına ev sahibliyindən məhrum edilə bilər - İrəvandan rəsmi AÇIQLAMA

Hazırda oxunan: Ermənistan dünya çempionatına ev sahibliyindən məhrum edilə bilər - İrəvandan rəsmi AÇIQLAMA

131053

İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı insident səbəbindən Ermənistan ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər. 

Bizim.Media xəbər verir ki, bunu “Sputnik Ermənistan”a müsahibəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.

“Ən acınacaqlısı odur ki, biz dünən hadisədən əvvəl 2024-cü il Dünya çempionatına ev sahibliyi etmək hüququ qazanmışıq. Bu, bizim üçün müstəsna bir fürsət oldu”, - deyə o bildirib.

Giloyanın sözlərinə görə, erməni tərəfi beynəlxalq tərəfdaşlarla danışıqlar aparır və idmançıların fiziki təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını sübut etməyə çalışır.

“Biz vəziyyəti yumşaltmaq üçün hər şeyi etməyə çalışacağıq ki, nəticələr ağır olmasın”, - Giloyan bildirib.

Eyni zamanda, nazir müavini hesab edir ki, Ermənistan Ağır Atletika Federasiyasına qarşı sərt sanksiyalar tətbiq edilməyəcək. Onun sözlərinə görə, hadisə zamanı zalda Avropa Ağır Atletika Federasiyasının prezidenti Antonio Konflitti də olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO