Basketbol Liqasında \

Basketbol Liqasında \"play-off\"a vəsiqə qazanan KOMANDALAR - FOTO

Hazırda oxunan: Basketbol Liqasında \"play-off\"a vəsiqə qazanan KOMANDALAR - FOTO

131041

15 aprel "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 26-cı turunun iki oyunu baş tutub. 

Bizim.Media xəbər verir ki, günün ilk oyununda çempionatın liderləri, "Sabah" və "NTD" komandaları üz-üzə gəliblər. Son dəqiqəyə qədər davam edən mübarizənin sonunda "Sabah" basketbolçuları 75-70 hesablı qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsinə yüksəliblər. 

Ən məhsuldar basketbolçular: "Sabah BK" ( Entoni Patti - 17 xal, 12 ribaund ), "NTD BK" ( Londel Kinq - 23 xal, 10 ribaund ).

Günün ikinci oyunu "AAAF Xırdalan" və "Sərhədçi" basketbolçuları arasında keçirilib. Bu önəmli oyunda 96-89 hesablı qələbə qazanan "AAAF Xırdalan", play-off mərhələsinə vəsiqəni təmin edib. 

Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" ( Devin Pullum - 27 xal, 3 ribaund ), "Sərhədçi PİK" ( Trevor Blekmon- 27 xal, 9 ribaund ). 

Qeyd edək ki, bu nəticələrdən sonra "Sabah", "NTD", "Gəncə" və "AAAF Xırdalan" play-off mərhələsinə vəsiqəni təmin ediblər

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO