ASAN könüllülərinin

ASAN könüllülərinin "Əsgərə məktub" layihəsi DAVAM EDİR

Hazırda oxunan: ASAN könüllülərinin "Əsgərə məktub" layihəsi DAVAM EDİR

130959

Müdafiə Nazirliyinin N hərbi hissəsində “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində "Şanlı Aprel" döyüşlərinin 7-ci ildönümü və "Əsgərə Məktub" layihəsinin 7 yaşı ilə əlaqədar tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbirdə “Əsgərə Məktub” layihəsi çərçivəsində “ASAN xidmət” mərkəzlərində vətəndaşlarımız tərəfindən yazılmış məktublar və “Əsgərə Kitab” aksiyası çərçivəsində toplanan kitablar əsgərlərə təhvil verilib. 
ASAN könüllüsü olan “Vətən Müharibəsi Qəhrəmanı” şəhid mayor Anar Şükürovun oğlu Ümüd Şükürlü tədbirdə çıxış edərək qəhrəman atası və şanlı ordumuzla bağlı hisslərini əsgərlərimizlə bölüşüb. 

Daha sonra  “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupunun üzvlərinin vətənpərvərlik ruhunda ifaları səsləndirilib. 

Sonda hərbi hissə ərazisində ekskursiya baş tutub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO