“Real” Modriçlə müqaviləni uzatdı

“Real” Modriçlə müqaviləni uzatdı

Hazırda oxunan: “Real” Modriçlə müqaviləni uzatdı

130950

“Real” Luka Modriçlə müqavilənin müddətini uzadıb. 

Bizim.Media xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat verib. 

Onun sözlərinə görə, 37 yaşlı futbolçunun yeni anlaşması 2024-cü ilin iyununa kimidir. 

Ötən il Madrid klubunun rəsmiləri deyirdilər ki, yarımmüdafiəçidən gələcək karyerası ilə bağlı qərar gözləyirlər. Xorvatiyalı oyunçu bir neçə dəfə bəyan edib ki, karyerasını “Real”da bitirmək istərdi. Modriç ABŞ, Qətər və Səudiyyə Ərəbistanından cəlbedici təkliflərdən boyun qaçırıb. O, bu mövsüm “kral klubu”nun heyətində 24 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO