“Naxçıvan” Universitetinin tələbələri bank savadlılığının artırılması ilə bağlı XÜSUSİ LAYİHƏDƏ - FOTO 

“Naxçıvan” Universitetinin tələbələri bank savadlılığının artırılması ilə bağlı XÜSUSİ LAYİHƏDƏ - FOTO 

Hazırda oxunan: “Naxçıvan” Universitetinin tələbələri bank savadlılığının artırılması ilə bağlı XÜSUSİ LAYİHƏDƏ - FOTO 

130943

Bu gün Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən “Maliyyə Savadlılığı Layihəsi” çərçivəsində “Naxçıvan” Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Açıq Bankçılıq” mövzusunda təlim keçirilib.

Bizim.Media xəbər verir ki, Universitetin rektoru, dosent Anar Kazımov bu tip silsilə tədbirlərin keçirilməsinin tələbələr üçün xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. 

Bildirib ki, müasir bank məhsul və xidmətlərinə günümüzdə böyük kütlə tərəfindən maraq göstərilməsi mövcud sahədə baş verən innovativ inkişafın bariz nümunəsidir. Qeyd edib ki, tələbələrin bu təlimlərdə iştirak etməsi onların nəzəri biliklərinin təcrübədə formalaşması üçün mühüm əhəmiyyətə malikdir. 

Sonra Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev tədbirin əhəmiyyətinə toxunaraq maliyyə texnologiyalarının bank işinin həyata keçirilməsində həlledici rol oynadığını diqqətə çatdırıb.
Bildirib ki, bu tip təlimlərin məqsədi cəmiyyət və gənc nəsil arasında bank məhsul və xidmətləri ilə bağlı əməliyyatlarda daha çevik və düzgün qərarların verilməsini dəstəkləmək və onlarda yenilikçi bank sektoruna inamı gücləndirməkdən ibarətdir.

Daha sonra videobağlantı ilə tədbirə qoşulan Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev qarşılıqlı əməkdaşlıq çərçivəsində bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirdiyini söyləyib və regionda əhalinin bank savadlılığının artırılması istiqamətində marifləndirici seminar və tədbirlərin keçirilməsinə bundan sonra da müvafiq dəstəyin göstəriləcəyini bildirib. 

Çıxış zamanı maliyyə texnologiyalarının əhəmiyyətini vurğulayaraq, maliyyə inkluzivliyinin artırılması, ölkəmizin açıq bankçılıq sahəsinə inteqrasiyası və bu sahədə atılan addımlar haqqında məlumat verib.
Mərkəzi Bankın İqtisadi təhlil və statistika şöbəsinin rəisi Vüqar Məmmədzadə və şöbənin əməkdaşı Mərhəmət Bayramov tərəfindən fintex anlayışı və təkamülü, onun formaları, açıq bankçılıq və onun üstünlükləri, kibergigiyena qaydaları və s. mövzular elektron slaydlarla tədris olunub və iştirakçıların mövzu ətrafında sualları ətraflı cavablandırılıb. 

Sonda iştirakçılar arasında oyun əsaslı tədris platforması olan “Kahoot” sistemi vasitəsilə yarış keçirilib. Bilik yarışında tələbələrə 15 sual ünvanlanıb. “Açıq Bankçılıq” mövzusunda keçirilən yarışmada “İdarəetmə” fakültəsinin “Maliyyə” ixtisası üzrə IV kurs tələbəsi Gülnar Novruzova I yerin qalibi olub. 
“Beynəlxalq münasibətlər” ixtisası üzrə IV kurs tələbəsi Sənan Əhmədov II, “Mühasibat uçotu və audit” ixtisası üzrə Əbülfəz Orucov isə III yerin qalibi olub. Qalib şəxslərə İdarənin rəhbərliyi və regionda fəaliyyət göstərən Naxçıvanbank ASC, Azərbaycan Beynəlxalq Bankı ASC, Azər-Türk Bank ASC, Kapital Bank ASC-nin yerli filialları və Rabitəbank ASC-nin şöbəsi tərəfindən sertifikatlar və müxtəlif dəyərli hədiyyələr təqdim edilib.

Bizim.Media




















 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO