AAAF-dan İrəvanda bayrağımızın yandırılmasına görə beynəlxalq federasiyaya SƏRT ETİRAZ

AAAF-dan İrəvanda bayrağımızın yandırılmasına görə beynəlxalq federasiyaya SƏRT ETİRAZ

Hazırda oxunan: AAAF-dan İrəvanda bayrağımızın yandırılmasına görə beynəlxalq federasiyaya SƏRT ETİRAZ

130915

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı Avropa Ağır Atletika Federasiyasına və Beynəlxalq Ağır Atletika Federasiyasına rəsmi bəyanat ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə report.az-a açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev məlumat verib.

Hazırda İrəvanda olan federasiya rəsmisi baş vermiş hadisə ilə bağlı rəhbərliyin öz mövqeyini bildirdiyini söyləyib: 

“Beynəlxalq Ağır Atletika Federasiyasının birbaşa prezidentinə, eyni zamanda, Avropa Ağır Atletika Federasiyasına fikirlərimizi bildirmişik, sərt etirazımızı etmişik. Onlardan buna reaksiya verməyi, qərar verməyi tələb etmişik. Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanı beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistanın “təhlükəsizlik” bəhanəsi ilə komandamızı oteldən buraxmadıqları bildirilir.

Xatırladaq ki, ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı azarkeşlərdən biri Azərbaycan bayrağını yandırıb. Bununla əlaqədar Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq bildirib ki, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO