Vüqar Muradov: “Əsgərlikdə olmasam da, İkinci Vətən müharibəsinə könüllü getdim” - VİDEO

Vüqar Muradov: “Əsgərlikdə olmasam da, İkinci Vətən müharibəsinə könüllü getdim” - VİDEO

Hazırda oxunan: Vüqar Muradov: “Əsgərlikdə olmasam da, İkinci Vətən müharibəsinə könüllü getdim” - VİDEO

130883

Müğənni Vüqar Muradov hərbi xidmətə getmədiyi halda İkinci Qarabağ müharibəsinə könüllü getdiyini açıqlayıb.  

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “7 canlı” axşam şousunda deyib.

“İkinci Vətən müharibəsi başlayanda 37 yaşım vardı. Mənim yaşım düşmürdü çünki o yaşda hərbiyə çağırış yox idi. Amma mən qaçıb, getdim cəbhəyə. Zamanında orqanizmdə olan problemlərlər - ayağımın altı düz və mədəmdə “xora” olması səbəbi ilə məni əsgərliyə aparmamışdılar. Halbuki, əsgər olmaq böyük arzum idi. Əsgərlik də keçməmişdim. Arxa cəbhədə, Beyləqan, Füzuli, Ağcabədi tərəfdə əsgərlərə kömək etmək istəyirdim.  ATV-də verilişlərin birində çıxışımı etdim və oradan çıxıb birbaşa müharibəyə getdim”, - deyə Vüqar vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO