Bakı-İrəvan danışıqları Lavrovla Mirzoyanın GÜNDƏMİNDƏ

Bakı-İrəvan danışıqları Lavrovla Mirzoyanın GÜNDƏMİNDƏ

Hazırda oxunan: Bakı-İrəvan danışıqları Lavrovla Mirzoyanın GÜNDƏMİNDƏ

130786

Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar bu gün MDB Nazirlər Şurasının Səmərqənddə keçirilən iclası çərçivəsində baş tutub:

“XİN rəhbərləri ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər. Regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün sazişlərə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin artırılmasının vacibliyi qeyd edilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO