Ermənilər əsgərimizə qarşı işgəncə görüntülərini niyə yaydılar? – SƏBƏBLƏR

Ermənilər əsgərimizə qarşı işgəncə görüntülərini niyə yaydılar? – SƏBƏBLƏR

Hazırda oxunan: Ermənilər əsgərimizə qarşı işgəncə görüntülərini niyə yaydılar? – SƏBƏBLƏR

130745

Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Ermənilər öz vəhşi xislətlərini yenə də ortaya qoyaraq, əsir götürülmüş Hüseyn Axundova qarşı fiziki işgəncə və qeyri-insani hərəkətlərə yol veriblər. Hətta bu vəhşi əməllərini videogörüntüyə də alıblar.  

İrəvan tərəfindən əsirlərə münasibətdə həyata keçirilən bu zorakılıq halı 1949-cu il Cenevrə Konvensiyalarının, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın, beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Əsgərlərin azad olunmaları ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT OLUNDU


Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı törədilən işgəncə ilə bağlı məlumat yayıb. Məlumatda göstərilir ki, XİN Ermənistanın insanlığa zidd hərəkətilə bağlı olaraq beynəlxalq təşkilatlara müraciət edib. 

Ermənistanın baş naziri Paşinyan isə iddia edib ki, guya Hüseyn Axundov orduda təzyiqlərlə üzləşdiyinə görə qaçıb və buna görə də onun Azərbaycana qaytarılması sual altındadır. 

Amma əsgərin anası Şəlalə Axundova “İTV”-yə müsahibəsində Nikol Paşinyanın əsgərimizin orduda təzyiqlərlə üzləşməsi barədə uydurmalarını təkzib edib. O deyib ki, oğlu ilə hadisədən 4 gün əvvəl danışıb və övladı müddətdən artıq hərbi xidmətdə qalmaq fikrində idi. 

İtkin düşmüş əsgərimizə qarşı ermənilərin vəhşi davranışı Ermənistan dövləti tərəfindən həyata keçirilən müharibə cinayətidir. Görünən odur ki, bu hadisənin baş verməsi və onun lentə alınaraq yayılması sülh danışıqlarında irəliləyişin olmasına əngəl yaratmağa hesablanmış addımdır. 

Azərbaycan əsgərinə qarşı işgəncə görüntülərinin Paşinyana məxsus “bagramyan26” kanalında yayımlanması görəsən hansı siyasi məqsədə xidmət edir?

Bizim.Media-ya açıqlama verən politoloq Qabil Hüseynlinin fikrincə, işgəncə görüntülərinin Paşinyana bağlı teleqram kanalında yayımlanması Azərbaycan xalqı və Ordumuzu alçaltmağa, gözdən salmağa hesablanmış addımdır:

“Ermənilər artıq baş vermiş olaydan Azərbaycana qarşı siyasi xarakterli iftira və böhtan kampaniyasına başlayıblar. İddia edilir ki, guya döyülən əsgərimiz zavoddakı mühafizəçini öldürərək, onun telefonunu ələ keçirib. Həmin telefon vasitəsilə də guya xəritə açaraq Azərbaycana yayım etmək istəyib və bu zaman ələ keçib. 

Əsgərlərimizin əlində ümumiyyətlə telefon olmayıb. Üstəlik ermənilər telefon vasitəsilə saxta profil düzəldərək, guya Azərbaycan əsgəri olduğunu iddia edirlər. Əslində isə işgəncəyə məruz qalan əsgərimizin heç danışmağa taqəti olmayıb. Ermənilər əsgərimiz barədə müxtəlif aşağılayıcı materiallar yaymaqla guya “azərbaycanlılar və onun əsgəri” budur kimi obrazını yaratmaq və bununla da xalqımızı və Ordumuzu gözdən salmağa çalışırlar”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO