10585 günün acı yaddaşı - XOCALI YARASI

10585 günün acı yaddaşı - XOCALI YARASI

Hazırda oxunan: 10585 günün acı yaddaşı - XOCALI YARASI

13068

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 29 ili tamam olur. Xocalı soyqırımı XX əsrin və bəşər tarixiniun ən dəhşətli qətliamıdır. Bu, həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların müasir dövrdəki təzahürü olub.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib.

Faciə zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Xocalı qətliamını bir daha xatırlayaq - FOTOLAR


8 ailə tamamilə yox edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indiyədək məlum deyil.

Qətliamın törədilməsində erməni mayor Ohanyan Seyran Mişeqoviçin komandanlığı altında Sovet ordusunun 366-cı alayının 2-ci batalyonu, Yevgeni Nabokixin komandanlığı altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit, eləcə də giziri iştirak edib. 

30 illik işğala son verildikdən sonra Xocalıda insanlıq əleyhinə qətliam törədən erməni cəlladlarının mühakimə edilməsi təkrar aktuallaşıb.

Xocalı soyqırımının təşkilatçısı və icraçılarından olan Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarksiyan, sabiq müdafiə naziri Seyran Ohanyan, Akop Movseyanın mühakimə edilməsi gündəmdədir.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçılarından biri olan Seyran Ohanyanı beynəlxalq axtarışa verib. Cinayət işi Hərbi Prokurorluqda istintaq edilir.

Hərbi Prokurorluqda Seyran Ohanyan barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb.

Xocalı faciəsini soyqırım kimi Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Sudan, Ruminya, Qvatemala,  İordaniya, Şotlandiya tanıyıb. 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var.
 

2011-ci ildə ABŞ ştatları - Texas, Nyu-Cersi, 2012-ci ildə Corciya, Men, 2013-cü ildə Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi , Pensilvaniya, West Virginia, Connecticut, Florida, 2014-cü ildə İndiana, 2015-ci ildə Arizona ştatları Xocalı soyqırımını rəsmən tanıyıblar.


Məlumat üçün bildirək ki, Xocalı soyqırımının tanıdılması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi və haqq səsimizin dünyaya çatdırılması məqsədi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində petisiyaya imza toplanmasına başlanılıb.

Petisiya beynəlxalq təşkilatlara, beynəlxalq məhkəmələrə və müxtəlif ölkələrin Xarici İşlər Nazirliklərinə ünvanlanıb.

Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə məlumat verilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO