Bir neçə gün əvvəl Azərbaycan Ordusunun itkin düşən əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirov Ermənistan ərazisində saxlanılıblar.
Bizim.Media "Baku TV" yə istinadən xəbər verir ki, əsir düşən əsgər Aqşin Bəbirovun atası Qabil Bəbirov açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayımlanan Hüseyn Axundovun ermənilər tərəfindən vəhşicəsinə döyüldüyü görüntülərə baxdıqda özünü çox pis hiss edib:
“Bu vəhşiliyin son həddidir. Beynəlxalq təşkilatlara müraciətimiz odur ki, yaxın zamanda əsirlərimiz geri qaytarılsın”.
Daha ətrafı süjetdə:
Bizim.Media