Şirinləşdirilmiş dəniz suyunun qiyməti neçəyə olacaq? - VİDEO 

Şirinləşdirilmiş dəniz suyunun qiyməti neçəyə olacaq? - VİDEO 

Hazırda oxunan: Şirinləşdirilmiş dəniz suyunun qiyməti neçəyə olacaq? - VİDEO 

130660

Azərbaycanda dəniz suyundan içməli su kimi istifadə olunacaq. 

Bizim.Media Xezerxeber.az-a istinadən xəbər verir ki, su məsələləri üzrə ekspert Rövşən Abbasov deyib ki, Xəzər dənizinin suyunda duzluluq okeanlara nisbətən 3 dəfə  azdır. 

Buna görə də ölkəmizdə dəniz suyunun şirinləşdirilməsi daha az xərc tələb edəcək. 

Mütəxəssis bildirib ki, dəniz suyunu şirinləşdirməklə Abşeron, Qaradağ, Pirallahı, Zirə və Salyan rayonu ərazilərində içməli suya olan təlabatı qarşılamaq olar. Rövşən Abbasov içməli dəniz suyunun təxmini qiymətini də açıqlayıb. 

Onun sözlərinə görə, suyun 1 kub metrinin qiyməti 2-3 manat arasında dəyişə bilər. 

Mütəxəssis xatırladıb ki, Bakıda ötən əsrin əvvəllərində neft mədənlərində çalışan işçilərin suya tələbatını ödəmək üçün müxtəlif üsullarla şirinləşdirilmiş dəniz suyundan istifadə olunub. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO