Aquero:

Aquero: "Ronaldonun qolları təsadüfidir"

Hazırda oxunan: Aquero: "Ronaldonun qolları təsadüfidir"

130440

Argentina millisinin sabiq futbolçusu Serxio Aquero Portuqaliya yığmasının üzvü, hazırda "Əl-Nəsr"in formasını geyinən Kriştiano Ronaldo haqqında danışıb. 

Bizim.Media xəbər verir ki, o, millidəki keçmiş komanda yoldaşı Lionel Messinin 38 yaşlı forvarddan daha yaxşı hücumçu olduğunu deyib:  

"Ronaldonun son qolunu görmüsünüzmü? Bu. bir qapıçı səhvi idi. Məncə, Raul Ronaldodan daha yaxşı bir hücumçu idi. Kərim Benzemanın da Kriştianodan daha yaxşı forvard olduğuna inanıram. Messi Ronaldodan daha yaxşı hücumçudur. Ronaldonun qolları təsadüfidir". 
Qeyd edək ki, Aquero 2021-ci ilin oktyabrın 30-da “Barselona”nın heyətində “Alaves”lə matçda (1:1) ürəyindəki problemə görə əvəzlənib və həmin vaxtdan sonra yaşıl meydanlara qayıtmayıb. O, 2021-ci ilin dekabrın 15-də karyerasını bitirdiyini açıqlayıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO