Bu daşıma şirkətləri istehlakçıları aldadır - RƏSMİ

Bu daşıma şirkətləri istehlakçıları aldadır - RƏSMİ

Hazırda oxunan: Bu daşıma şirkətləri istehlakçıları aldadır - RƏSMİ

130387

Daşıma şirkətləri tərəfindən istehlakçıların hüquqlarının pozulması ilə bağlı faktlar müəyyən edilib.

Bizim.Media xəbər verir ki, xarici ölkələrdən daşıma xidmətini həyata keçirən “Mover” MMC və “Cargo Line” MMC tərəfindən yol verilən qanunsuzluqlar barədə çoxsaylı istehlakçı müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baxılıb.

Müraciətlər əsasən bağlamaların istehlakçılara çatdırılma müddəti, vaxtı və statusu barədə məlumatların düzgün təqdim edilməməsi, bağlamaların itirilməsi, eləcə də istehlakçılar tərəfindən ödənilən vəsaitin geri qaytarılmaması ilə bağlı olub.
Müraciətlərin araşdırılması zamanı istehlakçıların aldadılmasına dair ilkin dəlillər aşkar olunduğundan, qeyd edilən şirkətlərin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğuna təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO