Minaya düşən çobanın dabanı amputasiya edildi - YENİLƏNİB

Minaya düşən çobanın dabanı amputasiya edildi - YENİLƏNİB

Hazırda oxunan: Minaya düşən çobanın dabanı amputasiya edildi - YENİLƏNİB

130350

Bu gün Laçın rayonu Sus kəndi ərazisində çoban donuz oturan zaman minaya düşüb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, minaya düşən 2001-ci il təvəllüdlü Ramil Əzizovun sağ ayağının daban hissəsi amputasiya edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

14:55

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb. 

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. 

O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. 

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO