Dünən şəhid olan hərbçimiz Şahbuzda dəfn OLUNDU - FOTO/YENİLƏNİB

Dünən şəhid olan hərbçimiz Şahbuzda dəfn OLUNDU - FOTO/YENİLƏNİB

Hazırda oxunan: Dünən şəhid olan hərbçimiz Şahbuzda dəfn OLUNDU - FOTO/YENİLƏNİB

130332

Ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Səbuhi Gündüz oğlu Tağıyev dəfn olunub.

Bizim.Media xəbər verir ki, şəhid Səbuhi Tağıyev Şahbuz rayonunun Badamlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Vida mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

13.55

Ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçu Səbuhi Gündüz oğlu Tağıyevin nəşi Naxçıvana aparılıb.

Bizim.Media xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi keçirilib.

Şəhid Tağıyev Səbuhi Gündüz oğlu bu gün Şahbuz rayonunun Badamlı qəsəbəsində dəfn olunacaq.

Qeyd edək ki, Səbuhi Tağıyev 1998-ci ildə Şahbuz rayonunun Şada kəndində anadan olub. Ailəsi hazırda Badamlı qəsəbəsində yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO