Ermənistan sərhəddə təxribat xarakterli əməllərindən əl çəkmir. Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid olub. Ermənsitan ordusu isə daha böyük itkilərə məruz qalıb.
Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanın bu təxribatları həyata keçirməkdə iki əsas məqsədi olub:
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın son sərhəd təxribatlarının arxasındakı İRAN İZLƏRİ
“İranı münaqişəyə cəlb etmək və keçən ayın sonlarında itirdiyi əsas və köməkçi yollardan heç olmasa birinə nəzarəti ələ keçirmək. Amma düşmən bu niyyətlərinin heç birinə nail ola bilmədi.
Əksinə, Ermənistan ordusu yeni qurmağı planlaşdırdığı mövqelərindən də geri çəkilməyə məcbur qaldı.
Azərbaycan Ordusu vəziyyətə nəzarət edir. Ordumuzun mənəvi-psixoloji və döyüş ruhu yüksəkdir. Hazırda qismən sakitlik olsa da, gərginlik təhlükəsi qalmaqdadır. Eskalasiya təhlükəsi də mövcuddur”.
Həmsöhbətimiz düşmənin növbəti təxribatlara əl atacağını da istisna etməyib.
Rüfət Sultan, Bizim.Media