Əməkdar artist: “İkinci Qarabağ savaşında ailəmin üç üzvü müharibədə idi” - VİDEO

Əməkdar artist: “İkinci Qarabağ savaşında ailəmin üç üzvü müharibədə idi” - VİDEO

Hazırda oxunan: Əməkdar artist: “İkinci Qarabağ savaşında ailəmin üç üzvü müharibədə idi” - VİDEO

130293

“Oğlum Türkel cərrahdır. O, hospitalda fəaliyyətini göstərirdi. İkinci Qarabağ müharibəsi zamanı əşyalarını toplayıb dedi ki, gedirəm. Sual verdim ki, hara gedirsən? Elə bildim o yenə işə gedir. Çünki müharibə ərəfəsində heç evə gəlmirdi. Cavab verdi ki, Qarabağa gedirəm. İnanırsınız bu nə deməkdir? Şok yaşadım. Ana övladını gülə-gülə müharibəyə yola salmır. Dedi ki, siz bilirsiniz, orada yaralı əsgərlər var. Və onlar yaxın bölgələrə çatana kimi, artıq qan itirməkdən dünyalarını dəyişirlər. Yerində müdaxilə etmək lazımdır. O, getdi...”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nuriyə Hüseynova qonaq olduğu “Səhər mərkəzi” verilişində danışıb. 

Sənətçi bildirib ki, İkinci Qarabağ müharibəsi bitəndən sonra oğlu Türkel Hüseynoğlu medallarla təltif olunub: 

“Bizim üçün çox çətin idi.  Amma hamı necə idi, bizdə elə. Heç bir anadan, heç bir atadan biz artıq deyildik. Orada öz fəaliyyətini davam elədi. Müharibə bitəndən sonra oğlum medallarla təltif olundu və veteranlıq aldı. Onları almasaydı belə, ailəmizin Vətənə böyük sevgisi var. Övladlarımız belə böyüyüb. Dövlət övladımı mükafatlandırmasa belə, onun da Vətən və millət üçün edəcək borcu var idi. Məhz buna görə  Qarabağa getdi".  

Oğlu, kürəkəni və bacısı oğlunun İkinci Qarabağ savaşında iştirak etdiyini söyləyən N.Hüseynova müharibənin dəhşətli üzünü bu sözlərlə ifadə edib:  

“Tək oğlum yox eyni zamanda kürəkənim də, bacımın oğlu da müharibədə idi. Ailəmizdən üç  nəfər artıq o odun içində idi. Müharibə bitir, uğurlar əldə olunur, amma sonra fəsadlar üzə çıxır. Ailədə çətinliklər, problemlər yaranır. Asan iş deyil. Bu müharibədir! Müharibə yeyib-içmək, əyləncə yeri deyil. Müharibə odun içidir. Oradan sağ çıxmaq, şəhid, qazi olmaq da var. Bütün bunları hərbçilərimiz və əsgərlərimiz çox yaxşı bilir. Könüllü gedən övladlarımız da bunların fərqindədir. Amma nə qədər fərqində olsalar belə, Vətən anadan da artıqdır. Ananı, sevdiyi qadını, övladını da qoyub müharibəyə gedir, Vətəni yad əllərə buraxmır. Vətən "şəhid" olarsa, onun yerini heç nə doldurmaz. Övladlarımız isə yenə dünyaya gələcək. Heç kim heç kimin yerini əvəz edə bilməz. Bir ana üçün oğul itkisi dəhşətdir. Biz heç nə edə bilmərik. Bizim taleyimizə bunlar yazılıb. Ərazi olaraq elə bir yerdəyik ki, sağımız-solumuz düşmənlərlə doludur. Qalib olana və zəfər çalana kimi mübarizəmizi davam edəcəyik”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO