"Borussiya" Yulian Brandtla müqaviləni uzatdı

Hazırda oxunan: "Borussiya" Yulian Brandtla müqaviləni uzatdı

130253

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Yulian Brandt klubu ilə yeni müqavilə imzalayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə 30 iyun 2026-cı il tarixinədək nəzərdə tutulub. 

Yulian Brandt "Bayer Leverkuzen"in yetirməsidir. O, 2019-cu ildən "Borussiya"da çıxış edir. Alman futbolçu bu mövsüm Dortmund klubunda bütün turnirlərdə 34 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO