Erməni tərəfi itkilər verir: Silahlı qüvvələrin xüsusi təyinatlı korpusunun komandiri YARALANIB  

Erməni tərəfi itkilər verir: Silahlı qüvvələrin xüsusi təyinatlı korpusunun komandiri YARALANIB  

Hazırda oxunan: Erməni tərəfi itkilər verir: Silahlı qüvvələrin xüsusi təyinatlı korpusunun komandiri YARALANIB  

130201

Xəbər verdiyimiz kimi, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. 

Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 3 erməni hərbçisi məhv edilib, çoxlu sayda yaralanan var. 

Bizim.Media erməni KİV istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiqləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistandan növbəti təxribat - Şəhid və yaralımız var


Məlumata görə, Ordumuzun cavab atəşi nəticəsində Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan yaralanıb.

Onun vəziyyəti ağırdır. A.Gözəlyan Gorusda yerləşən tibbi mərkəzində cərrahiyyə əməliyyatı olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO