Bakıda sevgilisi tərəfindən şantaj olunan müəllim polisə üz tutdu – Araşdırma başladı 

Bakıda sevgilisi tərəfindən şantaj olunan müəllim polisə üz tutdu – Araşdırma başladı 

Hazırda oxunan: Bakıda sevgilisi tərəfindən şantaj olunan müəllim polisə üz tutdu – Araşdırma başladı 

130172

Bakıda 46 yaşlı qadın polisə müraciət edərək şantaj edildiyini bildirib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə müraciət edən 1977-ci il təvəllüdlü qadın sevgi münasibətində olduğu V.Ş-nin ona hədə-qorxu gəldiyini iddia edib. 

Onun sözlərinə görə, V.Ş. onunla görüşməsi barədə qohumlarına məlumat verəcəyi hədəsi ilə 3 min manat pulunu və mobil telefonunu alıb.

Şikayətçi həmin kişinin pulu və telefonunu ondan Yasamal rayonu, A.M.Şərifzadə küçəsində aldığını qeyd edib.

Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, şantajla üzləşdiyini bildirən qadın Bakıdakı orta məktəblərdən birində müəllim kimi çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO