Dərmanların bahalığı və keyfiyyəti parlamentdə müzakirə olundu — Adı hallanan deputat isə suallardan yayınır...

Dərmanların bahalığı və keyfiyyəti parlamentdə müzakirə olundu — Adı hallanan deputat isə suallardan yayınır...

Hazırda oxunan: Dərmanların bahalığı və keyfiyyəti parlamentdə müzakirə olundu — Adı hallanan deputat isə suallardan yayınır...

130133

“Bizdə belə bir məlumat var idi ki, hökumət dərman vasitələrinin qiymətləri ilə əlaqəli xüsusi layihə hazırlayır. Lakin uzun müddət keçməsinə baxmayaraq, həmin layihə barədə hələ də heç bir məlumat yoxdur. Çünki dərmanların qiymətlərinin baha olması ciddi problemlərdən biridir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputat həmkarının dediklərinə cavab olaraq bildirib ki, tək dərmanların qiyməti yox, eləcə də keyfiyyəti, əlçatanlığı və bu sahədə olan digər problemlərlə bağlı Səhiyyə Nazirliyi və hökumət birlikdə sənəd üzərində iş aparır:
“Sənədin hazırlanması ilə bağlı işlər artıq başa çatmaq üzrədir. Güman edirəm ki, yaxın vaxtlarda belə sənədi görəcəyik. Bununla da dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzərdə tutulur”.



Xatırladaq ki, Milli Məclisin Səhiyyə komitəsinin bir neçə gün öncə keçirilən iclasında deputat Kəmaləddin Qafarovun “Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur” fikri müzakirələrə səbəb olmuşdu. 

Qeyd edək ki, deputat Cavanşir Feyziyev və həmkarı Kəmaləddin Qafarovun adı Azərbaycanda dərman monopoliyanın əsas fiqurları kimi hallanır.

Bu iddialarla bağlı isə Kəmaləddin Qafarov demokrat.az-ın İnformasiya sorğusunu cavabsız qoyub, sualları cavablandırmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO