“Uzun müddətdir söhbət gedir ki, hökumət dərman qiymətləri ilə bağlı xüsusi layihə hazırlayır. Uzun müddətdir danışılsa da, hələ də bununla bağlı bir layihə yoxdur. Ona görə də, Səhiyyə Komitəsinin sədri Əhliman müəllimin həmin layihə ilə bağlı məlumat verməsini xahiş edirəm”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vahid Əhmədov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Dərmanların ölkəyə gətirilməsi SADƏLƏŞDİRİLƏCƏK
Əhliman Əmiraslanov isə qeyd edib ki, dərman vasitələrinin qiymətləri ilə bağlı layihənin hazırlanması üçün Səhiyyə Nazirliyi və hökumət tərəfindən iş aparılır:
“Həmin sənəd artıq yekunlaşmaq üzrədir. İnanıram ki, yaxın zamanlarda yekun sənədi görə biləcəyik. Həmin layihədə dərman qiymətləri ilə bağlı problemlərin həlli nəzərdə tutulub”.
Murad Əhmədov, Bizim.Media