Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif “Ermənistan” fraksiyasının başçısı Seyran Ohanyan və daha 12 nəfər barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, haqqında cinayət işi başlanılan 12 nəfərdən S.Ohanyan da daxil olmaqla, 9 nəfərə qarşı ittiham irəli sürülüb.
S.Ohanyan külli miqdarda dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, külli miqdarda əmlak mənimsəməkdə ittiham olunur.
Qeyd edək ki, fevralın 8-də Ermənistan parlamenti S.Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verib.
S.Ohanyan Rusiyanın 366-cı motoatıcı alayı tərkibində Xocalı soyqırmını törətəməkdə iştirak edib.
Xatırladaq ki, S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.
Bizim.Media
- A-
- A
- A+
Region
10:33 / 11.04.2023
Seyran Ohanyana ittiham irəli SÜRÜLDÜ
Hazırda oxunan: Seyran Ohanyana ittiham irəli SÜRÜLDÜ
Hazırda oxunan: Seyran Ohanyana ittiham irəli SÜRÜLDÜ
130080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.