Qazaxıstan Prezidenti: “Heydər Əliyev müasir Azərbaycanın memarıdır”

Qazaxıstan Prezidenti: “Heydər Əliyev müasir Azərbaycanın memarıdır”

Hazırda oxunan: Qazaxıstan Prezidenti: “Heydər Əliyev müasir Azərbaycanın memarıdır”

130045

“Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, Heydər Əliyev dinamik inkişaf edən müasir Azərbaycanın memarıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, son dərəcə mürəkkəb dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynayıb:

“Onun müdrik rəhbərliyi ilə Azərbaycanda dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirilib. Bu mürəkkəb, enişli-yoxuşlu yolu qət edən ölkə irəliyə doğru böyük sıçrayış edib, dünya birliyinin nüfuzlu üzvünə çevrilib. Əslində Heydər Əliyevin adı Azərbaycanın əsl rəmzi olub. Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir. Müasirləri Heydər Əliyevi yüksək insani keyfiyyətlərinə, prinsipiallığına, dürüstlüyünə, ədalətliliyinə görə qiymətləndirirdilər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO