Azərbaycan HHQ komandanı ABŞ-a səfər edib - FOTO

Azərbaycan HHQ komandanı ABŞ-a səfər edib - FOTO

Hazırda oxunan: Azərbaycan HHQ komandanı ABŞ-a səfər edib - FOTO

130021

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braun ilə görüşüb. 

Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlüksizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıb. 

Görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO