“Biz enerji sahəsində əməkdaşlığın qurulmasına xüsusi diqqət yetirmişik. Bu gün bizim prioritet vəzifəmiz dünya bazarlarına enerji təchizatını daha da şaxələndirməkdir. Müqavilələrimiz sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycan vasitəsilə göndərilib. Növbəti addım tədarükün həcmini artırmaq və onlara uzunmüddətli stabil xarakter verməkdir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əlieylə mətbuata bəyanatında bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Qazaxıstana SƏFƏRİ BAŞLADI - FOTO
O, bu mühüm təşəbbüsləri dəstəklədiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
“Ayrıca, biz iqtisadiyyatlarımız üçün yeni yüksəliş nöqtələri ola biləcək sıçrayışlı investisiya layihələrinin həyata keçirilməsinə diqqət yetirdik. Sənaye, tekstil, aqrar-sənaye, tikinti sahələrində iri birgə müəssisələrin açılması mümkündür. Biz iki ölkənin hökumətlərinə birgə işləmək üçün iri layihələri müəyyən etməyi tapşırdıq”, - deyə Tokayev əlavə edib.
Bizim.Media