Azərbaycanlı əsgər ermənilərə əsir düşüb? - VİDEO

Azərbaycanlı əsgər ermənilərə əsir düşüb? - VİDEO

Hazırda oxunan: Azərbaycanlı əsgər ermənilərə əsir düşüb? - VİDEO

129907

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu itkin düşüb. Hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən əsgərlərimiz ərazidə istiqaməti itirərək azıblar.

Bizim.Media xəbər verir ki, ermənilərə məxsus Telegram kanallarında itkin düşən azərbaycanlı əsgərlərdən birinin videosu yayılıb. 

Ermənistan Müdafiə Nazirliyi bununla bağlı rəsmi məlumat yayıb:

“Aprelin 10-da saat 01:00-dan 02:00-dək Ermənistan Respublikası ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu aşkar edilərək saxlanılıb. Onun sözlərinə görə, yanında daha bir hərbçi olub, axtarışları davam edir”.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda iki hərbi qulluqçumuz itkin düşüb - MN


Hələlik Azərbaycan Müdafiə Nazirliyi bu informasiyaya münasibət bildirməyib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO