Kolumbiya mətbuatı Xocalı soyqırımı haqda yazdı - FOTO

Kolumbiya mətbuatı Xocalı soyqırımı haqda yazdı - FOTO

Hazırda oxunan: Kolumbiya mətbuatı Xocalı soyqırımı haqda yazdı - FOTO

12987

Kolumbiya və Latın Amerikasının ən nüfuzlu rəqəmsal siyasi xəbər agentliklərindən olan “El Expediente” portalında tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu “Azərbaycan möcüzəsi” adlı yazı dərc olunub.

 

MÖVZU İLƏ BAĞLI:

Macarıstan parlamentinə çağırış edildi - Xocalı faciəsini rəsmən tanıyın


Bizim.Media xəbər verir ki, yazıda Azərbaycanın illər boyu təcavüzə məruz qaldığı, Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, 1 milyona yaxın azərbaycanlının öz yurdlarından qovularaq məcburi köçkünə çevrildiyi, bu təcavüz ərzində erməni silahlı qüvvələri tərəfindən 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində soyqırımı törədildiyi, bu zaman 63-ü uşaq və 106-ı qadın olmaqla 613 nəfər mülki azərbaycanlının amansızcasına qətlə yetirildiyi bildirilir.

Qeyd olunur ki, bütün bunlara baxmayaraq, Azərbaycan son 30 il ərzində yüksək siyasi, iqtisadi və mədəni-humanitar inkişaf yolu keçmiş, bütün dünya üçün çoxmədəniyyətlilik modelinə çevrilib.

 

Son müharibə zamanı Azərbaycanın nəhayət erməni təcavüzünə son qoymağa və öz tarixi ərazilərini azad etməyə nail olduğu, ancaq bu müharibə zamanı da Ermənistanın mülki insanları hədəf aldığı, Gəncə, Bərdə və münaqişə bölgəsindən kənarda yerləşən digər Azərbaycan şəhərlərinə qadağan olunmuş döyüş başlıqlarından istifadə etməklə ballistik raket zərbələri endirdiyi və bu hücumların “Human Rights Watch”, “Amnesty İnternational” kimi beynəlxalq təşkilatlar tərəfindən pisləndiyi söylənir.


Müəllif Ermənistanda bəzi qisasçı qüvvələrin mövcudluğu səbəbindən regionda sülhün hələ də dayanıqsız olduğunu, bu qüvvələrin Azərbaycanı təxribata çəkməyə çalışdığını, virtual platformalarda da Azərbaycan haqda böhtanlar və saxta məlumatlar yaydığı və Ermənistan tərəfinin hələ də bölgədə minalanmış ərazilərin xəritəsini belə təqdim etməkdən imtina etdiyini bildirir.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO