Aprelin 6-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobilin qarşısının kəsilərək sürücüdən qanunsuz pul tələb edilməsi barədə polisə məlumat daxil olub.
DİN-dən Bizim.Media-ya verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı şəhər sakini Vahid Xələfov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Qeyd edək ki, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilov hüquq-mühafizə orqanlarına müraciət edərək aprelin 6-da səhər saat 08 radələrində avtomobilinə hücum edildiyini deyib.
O, qeyd edib ki, tanışı, 1969-cu il təvəllüdlü Vahid Xələfov səhər saatlarında Xəzər rayonu Şağan qəsəbəsində idarə etdiyi “Lexus” markalı, 10 ** 200 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsib. Həmin şəxsin əlində silaha bənzəyən əşya ilə avtomobilə zərbələr endirdiyini deyən Hikmət Xəlilov onun hədə-qorxu ilə pul tələb etdiyini iddia edib.
Bizim.Media
![Nazirlər Kabinetinin İşlər İdarəsinin müdirinə hücum edən ŞƏXS TUTULDU Nazirlər Kabinetinin İşlər İdarəsinin müdirinə hücum edən ŞƏXS TUTULDU](https://bizim.media/file/articles/2023/04/09/1681046996_1680773657_1672666521_1654320573__ena_5c277857ef460cd31030f1461_o.jpg)
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 09.04.2023
Nazirlər Kabinetinin İşlər İdarəsinin müdirinə hücum edən ŞƏXS TUTULDU
Hazırda oxunan: Nazirlər Kabinetinin İşlər İdarəsinin müdirinə hücum edən ŞƏXS TUTULDU
Hazırda oxunan: Nazirlər Kabinetinin İşlər İdarəsinin müdirinə hücum edən ŞƏXS TUTULDU
129782
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
![Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ](https://bizim.media/photo/400x222/2024/07/03/1720033335_2.jpg)
22:58
Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ
![İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”](https://bizim.media/photo/400x222/2024/07/03/1720019304_1.jpg)
19:05
İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”
18:12