Ruslar Baxmuta elit qoşunlarını göndərir - \

Ruslar Baxmuta elit qoşunlarını göndərir - \"Vaqner\" ağır itkilər verir

Hazırda oxunan: Ruslar Baxmuta elit qoşunlarını göndərir - \"Vaqner\" ağır itkilər verir

129774

Rusiya öz ordusunun elit hissələrini, o cümlədən paraşütçüləri Baxmuta göndərməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun spikeri Sergey Çerevatı danışıb.

Onun sözlərinə görə, buna səbəb "Vaqner" hərbi təşkilatın döyüşçüləri arasında böyük itkilərin olmasıdır.

“Paraşütçülərin gəlməsi vəziyyəti dəyişməyəcək. "Vaqner" çox ağır itkilər verir. Ona görə də bu istiqamə ordunun əlavə qüvvələrini göndərirlər”, deyə o, qeyd edib.

Çerevatı əlavə edib ki, Baxmuta göndərilən paraşütçü bölmələr də itki verib, çünki onlar səfərbər edilənlər arasından seçilib.
Sözçü vurğulayıb ki, ruslar hər gün Baxmutda yüzə yaxın hərbçi itirir. Bundan əlavə, çoxlu yaralıları da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO