AFFA şübhəli oyunlar aşkarlayıb – Araşdırma aparılır

AFFA şübhəli oyunlar aşkarlayıb – Araşdırma aparılır

Hazırda oxunan: AFFA şübhəli oyunlar aşkarlayıb – Araşdırma aparılır

129769

AFFA Azərbaycan Birinci divizionunda şübhəli matçlar aşkarlayıb.  

Bizim.Media xəbər verir ki, bu haqda AFFA-nın baş katibi Sərxan Hacıyev ATV kanalına müsahibəsində bildirib. 

O, artıq araşdırmalar aparıldığını deyib:

"Ən az 2 komanda ilə bağlı araşdırma gedir. O komandalar 1-ci Divizionda çıxış edirlər. Hal-hazırda şübhə kimi araşdırılırlar. Son həftələrdə keçirilən matçlar arasında ən azı 2-3 şübhəli oyun var. Bu barədə neqativ siqnallar daxil olub. Biz bunların hər birini ciddi şəkildə araşdırırıq. Əvvəllər məsələ təqsirlilərin futboldan kənarlaşdırılması ilə başa çatırdısa, bu dəfə daha ciddi addımlar atıla bilər".

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO