İcra başçısının baş həkim olan qardaşı işdən azad edildi – YENİ TƏYİNAT - ÖZƏL

İcra başçısının baş həkim olan qardaşı işdən azad edildi – YENİ TƏYİNAT - ÖZƏL

Hazırda oxunan: İcra başçısının baş həkim olan qardaşı işdən azad edildi – YENİ TƏYİNAT - ÖZƏL

129604

TƏBİB-in "Şabran Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin baş direktoru Aslan Usubov TƏBİB sədri Vüqar Qurbanovun əmri ilə vəzifəsindən azad olunub. Onu bu vəzifədə əslən Şabrandan olan Səxavət Cəbrayılov əvəz edib.  

Bizim.Media-nın sorğusuna cavab olaraq Aslan Usubov faktı təsdiqləyib. 

O, Şabran xəstəxanasındakı işindən öz xahişi ilə ayrıldığını bildirib.  

Aslan Usubov TƏBİB sədrinin digər əmri ilə Bakıdakı 23 saylı Birləşmiş şəhər xəstəxanasına direktor təyin olunduğunu deyib. 

Qeyd edək ki, Aslan Usubov Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun qardaşıdır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO