İran səfirliyinin əməkdaşı AzTV-nin kamerasına hücum etdi – VİDEO  

İran səfirliyinin əməkdaşı AzTV-nin kamerasına hücum etdi – VİDEO  

Hazırda oxunan: İran səfirliyinin əməkdaşı AzTV-nin kamerasına hücum etdi – VİDEO  

129599

Xəbər verdiyimiz kimi, aprelin 6-da Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşlarının ailə üzvləri ötən gün Azərbaycanı tərk edib. Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin ailə üzvləri Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar. 

Bizim.Media AzTV-yə istinadən xəbər verir ki, arzuolunmaz diplomatlar hələ də Azərbaycanı tərk etməyiblər.  

Məlumatı dəqiqləşdirmək üçün telekanalın əməkdaşları İran səfirliyinin önündə çəkiliş aparıb.

Bu zaman özünü səfirliyin əməkdaşı kimi təqdim edən tərcüməçi jurnalistlərə mane olub. 

Həmin görüntüləri təqdim edirik: 
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO