Sahibkarlığın İnkişafı Fondu AREA ilə əməkdaşlığa başlayır

Sahibkarlığın İnkişafı Fondu AREA ilə əməkdaşlığa başlayır

Hazırda oxunan: Sahibkarlığın İnkişafı Fondu AREA ilə əməkdaşlığa başlayır

129571

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu (SİF) və Energetika Nazirlliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) arasında əməkdaşlığa dair görüş keçirilib. 

Bizim.Media Fonda istinadən xəbər verir ki, görüşdə “yaşıl” enerji layihələrinin maliyyələşdirilməsinin SİF-in güzəştli kredit mexanizmi üzrə 2023-cü il üçün müəyyən edilmiş prioritet istiqamətlərdən biri olduğu vurğulanıb, bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin dəstəklənməsi və bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə əlçatanlığının artırılmasının əhəmiyyəti qeyd edilib. 

Tədbirdə “yaşıl” və bərpa olunan enerji layihələrinin dəstəklənməsi istiqamətində müzakirə aparılıb. 

Görüşdə SİF-in güzəştli kreditləri çərçivəsində, bərpa olunan enerji mənbələrindən istifadəyə yönəlmiş layihələrin maliyyələşdirilməsi, investisiya cəlbediciliyinin artırılması, elektromobillərdən istifadənin genişləndirilməsi və elektromobillik üzrə Milli Planın hazırlanması kimi istiqamətlər üzrə əməkdaşlığa qərar verilib.
Bu cür əməkdaşlığın məqsədi bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin dəstəklənməsi ilə “yaşıl” iqtisadiyyata keçidi təşviq etməkdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO