\

\"Barselona\" futbolçu satışından 120 milyon avro qazanmaq istəyir

Hazırda oxunan: \"Barselona\" futbolçu satışından 120 milyon avro qazanmaq istəyir

129569

"Barselona" yay transfer pəncərəsində 120 milyon avrodan çox qazanmağı planlaşdırır. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi növbəti mövsümün əvvəlinə qədər La Liqanın qaydalarına uyğunlaşmaq üçün bu məbləğə ümid edir.  

Bu səbəbdən klub hazırda icarədə olan demək olar ki, bütün oyunçularını satmağa hazırdır.

Yeganə istisna  "Osasuna"da icarə əsasında oynayan yarımmüdafiəçi Abde Ezzalzoulidir . 

Bununla belə, icarə əsasında futbolçuların satışından əldə olunan gəlir kifayət etməyəcək.

"Barselona" hazırkı heyətin oyunçularından bəzilərini satmağa hazırdır. Satışlar hansı oyunçuların böyük təkliflər almasından asılı olacaq. 

Eyni zamanda, heç bir şəraitdə satılmayacaq bir neçə oyunçu var. Pedri,Qavi, Ronald Arauxo və  Frenki de Yonq onların arasındadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO