Kənd sovetinin sədri 4 əsr yaşı olan məscidi sökmək istəyənləri necə aldatdı? – TARİXİ SİRLƏR

Kənd sovetinin sədri 4 əsr yaşı olan məscidi sökmək istəyənləri necə aldatdı? – TARİXİ SİRLƏR

Hazırda oxunan: Kənd sovetinin sədri 4 əsr yaşı olan məscidi sökmək istəyənləri necə aldatdı? – TARİXİ SİRLƏR

129492

Sabirabad rayonu ərazisində bir neçə qədim tarixi abidə olub ki, onlardan  günümüzə qədər gəlib çatanlardan biri də Qalağayın kənd məscididir. 1657-ci ildə tikilən məscid bir neçə dəfə sökülmək təhlükəsi ilə üz-üzə qalıb. Son anda məscid binasının təyinatı dəyişdirilərək sökülməkdən xilas olunub. 

Dörd əsr yaşı olan məscid üç günbəz, bir minarədən ibarətdir. Minarənin hündürlüyü 21 metrdi. Məscid bir neçə dəfə əsaslı təmir olunub. Divardakı daş kitabədə “Məscid 1247-ci ildə (hicri-qəməri təqvimi nəzərdə tutulur-red) Məşədi Zeynalabidin tərəfindən təmir olunub” sözləri yazılıb. 

Məscidin axundu Hacı Əşrəf İmanov bildirib ki, Çar Rusiyası və sovet imperiyası dönəmin də məscid binasını sökmək istəsələr də müxtəlif yollarla bunun qarşısı alınıb: 



“Sovetlər dövründə məscid binası müxtəlif məqsədlər üçün istifadə edilib. Bu məscidin binasından vaxtı ilə həbsxana, uşaq evi kimi istifadə olunub. Sonda sovet hakimiyyəti bu məscidi sökmək qərarına gəlib. Həmin dövrdə Qalağayn kəndində Xavər adlı bir qadın kənd sovetinin sədri işləyirmiş. Xavər xanım kənddə anbara böyük ehtiyac olduğunu bildirərək məscidin anbar kimi istifadə olunmasına nail olub. Beləliklə məscidin binası bu təhlükədən də qurtulub”.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, sonuncu dəfə isə bu məscid 1988-1990-cı illərdə əsaslı şəkildə təmir edilib və yenidən məscid kimi fəaliyyəti bərpa olunub.

Amma, bu dəfə məscid binasına müəyyən əlavələr olunub. Daxili divarlara "Quran” ayələri həkk edilib.

Məscidin ilk variantından isə günümüzə iki divarı gəlib çatıb. Bu divarların qalınlığı təxminən 1 metrə yaxındır. 

Qeyd edək ki, sözügedən məscid 2001-ci ildən yerli əhəmiyyətli tarixi abidə kimi qeydə alınıb və qorunur.













Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO