Ramiz Novruzun qızı:

Ramiz Novruzun qızı: "Yeni evin mübarək ata" - VİDEO  

Hazırda oxunan: Ramiz Novruzun qızı: "Yeni evin mübarək ata" - VİDEO  

129461

Mərhum Xalq artisti Ramiz Novruzun vizajist qızı Şəfəq Novruz atasının qəbrini ziyarət zamanı yeni hazırlanan məzar daşının görüntülərini paylaşıb. 

Bizim.Media xəbər verir ki, oğlu ilə birlikdə valideyininin məzarına baş şəkən Şəfəq həmin anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

“Yeni evin mübarək ata, nur içində yat. Əsl sənətkar başdaşıdır. Bütün rollarını televizor kimi burada əks etdirməyə çalışdıq. Eskizi isə Cavidan çəkib, danışa bilsəydin, “Bundan da yaxşı ola bilərdi” deyib, ona həmişəki kimi irad tutardın, amma məncə, bu dəfə onun sənə acığı tutmazdı”, - deyə, Ş.Novruzova paylaşımına şərh yazıb. 
Qeyd edək ki, Ramiz Novruz uzun sürən mədə xərçəngindən fevralın 20-si müalicə aldığı özəl klinikaların birində 67 yaşında dünyasını dəyişib.
 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO