“Şahdəniz”dən gəlirlər 2 dəfəyə yaxın ARTDI

“Şahdəniz”dən gəlirlər 2 dəfəyə yaxın ARTDI

Hazırda oxunan: “Şahdəniz”dən gəlirlər 2 dəfəyə yaxın ARTDI

129433

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 646,359 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 1,8 dəfə çoxdur. 

ARDNF-dən Bizim.Media-ya verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 359,125 mln. ABŞ dollarına bərabər olub.

Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.04.2023 tarixinə) 128,166 mln. dollar olub, bu da həmçinin, 2 dəfə artım deməkdir. Belə ki, 2022-ci ilin birinci rübündə ARDNF kondensatın satışından 62,494 mln. ABŞ dolları əldə etmişdi.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO