Baş Prokurorluq: Narazı şəxslərin hər biri dəfələrlə qəbul edilib

Baş Prokurorluq: Narazı şəxslərin hər biri dəfələrlə qəbul edilib

Hazırda oxunan: Baş Prokurorluq: Narazı şəxslərin hər biri dəfələrlə qəbul edilib

129347

Aprelin 6-sı Baş Prokurorluğunun inzibati binasının qarşısında narazılığını ifadə edən şəxslərin hər biri Baş Prokurorluq və aidiyyəti struktur qurumlarda ayrı-ayrılıqda dəfələrlə qəbul edilərək dinlənilib və onlara hüquqları izah olunub. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Lalə Babaşova, Xalidə Məmmədova və Çiçək Aslanovanın şikayət etdiyi hallar üzrə hazırda aidiyyəti məhkəmələrdə cinayət işlərinə baxıldığından onlara məhkəmənin yekun qərarlarından narazı qaldıqları halda aidiyyəti üzrə yuxarı məhkəməyə müraciət etmək hüquqları izah edilib.

Vətəndaş Şövkət Abışovanın müraciəti üzrə daxil işlər orqanlarında aparılmış araşdırma zamanı şikayətin mülki xarakterli olması müəyyən edildiyindən ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunub. 
Bundan başqa, şikayət edən digər şəxslərə müraciətlərində göstərilən halların araşdırılaraq müvafiq qərarın qəbul ediləcəyi bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO