Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti (BTC) ilə Türkiyə və dünya bazarlarına 431 mln. tondan çox Azərbaycan nefti nəql edilib.
Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının energetika nazirlərinin ilk iclasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Neftin qiyməti yenidən ucuzlaşdı
Bildirib ki, qaz kəmərləri ilə indiyə qədər Türkiyəyə 79 mlrd. kubmetr qaz nəql olunub:
"Bu layihələrimiz sayəsində Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın da enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir", - nazir qeyd edib.
Bizim.Media