Qadın futbolçulardan ibarət komandaları arasında aprelin 8-də və 11-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Türkiyə yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, aprelin 8-də keçiriləcək qarşılaşmanı Gürcüstandan, 11-də təşkil olunacaq oyunu isə Rumıniyadan olan FIFA referiləri idarə edəcək.
İlk oyununun baş hakimi Teona Sturua olacaq. Ona həmyerliləri Xatuna Maisuradze və Ketevan Qaiparaşvili kömək edəcəklər.
Kristina Mariana Trandafir ikinci matçın baş hakimi, Elena Mihaila Tepusa və Roxana İvanov yan xətt hakimləri olacaqlar.
Hər iki matçda dördüncü hakim funksiyasını Fəridə Lütfəliyeva yerinə yetirəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:28 / 06.04.2023
Azərbaycan-Türkiyə oyununun hakimləri AÇIQLANDI
Hazırda oxunan: Azərbaycan-Türkiyə oyununun hakimləri AÇIQLANDI
Hazırda oxunan: Azərbaycan-Türkiyə oyununun hakimləri AÇIQLANDI
129306
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.